Close

10:46
09 May 2025

Zelenski Vatikanda Trampdan nə xahiş edib?

Ukrayna Prezidenti Volodimir Zelenski Vatikanda Amerika lideri Donald Trampdan Ukraynadakı münaqişənin həlli prosesini tərk etməməyi xahiş edib.

TNS xəbər verir ki, bu barədə “The Economist” yazıb.

Ukrayna mənbələri nəşrə deyiblər ki, Zelenski 15 dəqiqədən istifadə edərək Trampa Ukraynanın qeyd-şərtsiz atəşkəsə hazır olduğunu, lakin Rusiyanın buna hazır olmadığını bildirib.

O, həmçinin təkid edib ki, Tramp münaqişənin həlli prosesindən əl çəkməməlidir, çünki yalnız o, sülhü təmin edə bilər.