Ticarət mərkəzində güclü yanğın - VİDEO
28
09:19 - 30 Aprel 2025

Gürcüstanın Tbilisi şəhərində güclü yanğın baş verib.
TNS xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb.
Bildirilib ki, hadisə "Vağzal meydanı" metro stansiyası yaxınlığında yerləşən geyim bazarında olub.
Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.