Hərbi laboratoriyada partlayış: ölən var
6
19:40 - 29 Aprel 2025

Buxarestdə döyüş sursatları və silahların sınağının aparıldığı hərbi laboratoriyada baş verən partlayış və yanğın nəticəsində ən azı bir nəfər həlak olub.
TNS xəbər verir ki, bu barədə “Antena 3” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, təkrar partlayış riski mövcuddur. Hadisənin səbəbləri barədə məlumat verilmir, xilasetmə xidmətlərinin əməkdaşları hadisə yerində işləyir.
Rumıniya polisi partlayışın baş verdiyi ərazini mühasirəyə alıb və hadisənin səbəblərini müəyyənləşdirir.