Close

Baş nazir: "Tramp bizi sındırmağa çalışır"

Kanadanın Baş naziri Mark Karni parlament seçkilərindəki qələbəsindən sonra etdiyi çıxışında ABŞ ilə köhnə münasibətlərin sona çatdığını bəyan edib.

TNS-in xəbərinə görə, bu barədə "Associated Press" məlumat verib.

"Biz ABŞ-nin xəyanətindən şok yaşadıq, lakin biz heç zaman onun dərslərini unutmamalıyıq. Prezident Tramp bizi sındırmağa çalışır ki, ABŞ Kanadanı ələ keçirsin. Bu, heç vaxt baş verməyəcək!", - deyə Mark Karni bildirib.

Bundan əlavə, Kanadanın baş naziri vəd edib ki, onun kabineti diqqəti milli iqtisadiyyatın gücləndirilməsinə və ABŞ bazarından asılılığın azaldılmasına yönəldəcək.