Close

Qəzzada girovlarla bağlı razılıq əldə olundu

Qəzza zolağında vəziyyətin nizamlanması üzrə dolayı danışıqlar zamanı bölgədə saxlanılan israilli girovların may ayında azad edilməsinə dair razılıq əldə olunub.

TNS xəbər verir ki, bu barədə Fələstinin HƏMAS hərəkatına yaxın olan "Maan" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, israilli girovların, o cümlədən ABŞ vətəndaşlığı da olan girovun may ayı ərzində azad edilməsi ilə bağlı prinsipial razılaşma mövcuddur.

Bildirilib ki, misirli vasitəçilər, HƏMAS və İsrail nümayəndələri arasında bu məsələ ilə bağlı məsləhətləşmələr yaxın günlərdə davam etdiriləcək.