Restoranda yanğın: 22 nəfər ölüb
21
14:40 - 29 Aprel 2025

Çinin şimal-şərqindəki Liaonin əyalətində restoranda yanğın baş verib.
TNS xəbər verir ki, Çinin dövlət televiziyası CCTV-nin məlumatına görə, yanğın nəticəsində ən azı 22 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb.
Çin Prezidenti Si Cinpin yaralıların müalicəsi üçün bütün resursların səfərbər olunması tapşırığını verib.
Yanğının səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb.
Yerli hakimiyyət hadisə yerində genişmiqyaslı araşdırmaya başlanıldığını və günahkarların məsuliyyətə cəlb ediləcəyini açıqlayıb.