Avtobus aşdı: yaralılar var
350
12:57 - 29 Aprel 2025

Türkiyədə rusiyalı turistləri daşıyan avtobus aşıb.
TNS xəbər verir ki, bu barədə ”Shot” Telegram kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, turistlər Antalya hava limanından Side şəhərinə gedirmiş. Avtobusda ümumilikdə 25 Rusiya vətəndaşı olub.
Qəza nəticəsində 18 rusiyalı və avtobus sürücüsü yaralanıb.
Hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub.