Əvvəl məqsədim həyatda qalmaq idi, indi isə ...

ABŞ lideri Donald Tramp birinci dövrlə müqayisədə prezidentliyinin ikinci dövründə gördüyü işlərdə daha əmin olduğunu bildirib.
TNS xəbər verir ki, bu barədə o, “The Atlantic” jurnalına müsahibəsində danışıb.
"Birinci dönəmimdə iki işim var idi: ölkəni idarə etmək və həyatda qalmaq. İkinci dönəmdə isə həm ölkəni, həm də dünyanı idarə edirəm",- Tramp qeyd edib.
İşindən zövq aldığını ifadə edən Tramp müsahibə boyu ikinci prezidentlik dövründə qərarlarına və addımlarına daha arxayın olduğu mesajını verib.
Üçüncü müddətə prezidentlik ideyası ilə bağlı fikirlərini soruşduqda ABŞ prezidenti belə bir axtarışda olmadığını desə də, alternativ yanaşmalara açıq olduğunu vurğulayıb.