Close

Aeroportda “sərvət” ələ keçirildi

Vanda 66 kilo 668 qram qızıl ələ keçirilib.

TNS xəbər verir ki, bu barədə bölgə polisi məlumat yayıb.

Bildirilib ki, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Van “Ferit Melen” hava limanında qiymətli metal və pul daşıyan şirkətlərin daşınmalarına baxış keçiriblər.

Nəticədə cinayət yolu ilə əldə olunduöu hesab edilən 66 kilo 668 qram qızıl, 9 milyon 760 min lirə, 107 min 430 dollar və 133 min 605 avro ələ keçirilib.

Şübhəlilər saxlanılıb və barələrində cinayət işi başladılıb.