Qaranlığa qərq olan ölkədə insanlar marketlərə axın etdi

Elektrik kəsilməsi səbəbindən fövqəladə vəziyyət elan edilən İspaniyada insanlar arasında çaxnaşma yaşanıb.
TNS xəbər verir ki, uzun müddət elektrik enerjisinin verilməməsi qorxusu ilə əhali marketlərə axın edib.
İspaniyanın baş naziri Pedro Sançes verdiyi açıqlamada elektrik enerjisinin kəsilməsinin səbəbinin hələ də məlum olmadığını bildirib və ictimaiyyəti spekulyasiyalara qarşı xəbərdar edib.
Fransa və Mərakeşdən gələn yardımlar sayəsində İspaniyanın şimal və cənubunda bəzi bölgələrə elektrik bərpa edilib.
İspaniyadan başqa Belçika, Fransa, Andorra və Portuqaliyada da elektrik enerjisində kəsintilər olub.