Close

Putin Rusiyadakı miqrantlarla bağlı fərman imzaladı

Rusiya Prezidenti Vladimir Putin Rusiyada qeyri-qanuni qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statuslarını tənzimləməli və ya ölkəni tərk etməli olduğu müddəti 2025-ci il sentyabrın 10-dək uzadıb.

TNS xəbər verir ki, Rusiya prezidentinin müvafiq fərmanı hüquqi aktlar portalında yer alıb.

Əvvəlki fərman miqrantların hüquqi statuslarını aprelin 30-dək tənzimləməyi tələb edirdi.

Qeyd edək ki, Rusiyada fevralın 5-dən ölkədə qeyri-qanuni olan əcnəbilərin ölkədən çıxarılması üçün xüsusi rejim qüvvədədir.

İndi deportasiya ilə bağlı qərarı polisin ərazi və nəqliyyat bölmələrinin rəisləri və müavinləri, Daxili İşlər Nazirliyinin miqrasiya xidmətlərinin rəisləri verə bilərlər.