Pakistan hərbçiləri Hindistanla əlaqəli 17 döyüşçünü məhv ediblər
6
22:59 - 28 Aprel 2025

Pakistanın Xeybər-Paxtunxva əyalətinin Şimali Vəziristan bölgəsində təhlükəsizlik qüvvələri 17 döyüşçünü zərərsizləşdirib.
TNS xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, döyüşçülər Əfqanıstan sərhədi yaxınlığında məhv ediliblər.
Pakistan rəsmilərinin versiyasına görə, onlar Hindistanla əlaqəli olublar.