Pakistan hava məkanını bağladı
5
21:21 - 28 Aprel 2025

Pakistan 28-30 aprel tarixlərində Lahor və İslamabad arasındakı hava məkanının bir hissəsini böyükmiqyaslı hava hücumundan müdafiə təlimləri keçirmək məqsədilə bağladığını elan edib.
TNS xəbər verir ki, bu barədə "Clash Report" məlumat yayıb.
Məlumata görə, Pakistan Hərbi Hava Qüvvələrinin hücum helikopterləri Hindistanla sərhəd zonasına yönəldilib.
Bu tədbir Pakistan-Hindistan sərhədində son dövrlərdə artan hərbi fəaliyyətlər kontekstində baş verir. Pakistan tərəfi tədbiri "planlaşdırılmış növbədənkənar hazırlıq" adlandırır.