Ermənistanda əsgər intihar edib
10
16:05 - 28 Aprel 2025

Erməni sərhədçisinin ölümü ilə bağlı cinayət işi "döyüş növbətçiliyi zamanı intihara sövq etmə" maddəsi ilə açılıb.
TNS-in məlumatına görə, bu barədə erməni mediası Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Kim Avdalyana istinadən xəbər verir.
Hadisə 25 aprel tarixində baş verib. Mətbuatda əvvəlcə sərhəd qoşunlarında xidmət edən müddətli xidmət əsgərinin Sünikdə minaya düşərək həlak olması barədə məlumat yayılıb. Daha sonra Milli Təhlükəsizlik Xidməti hərbi qulluqçunun ona təhkim edilmiş avtomatdan aldığı ölümcül yaradan həlak olduğunu bildirib.