Close

Üzünün yarısına botoks etdi- Ortaya qorxulu görüntü çıxdı

ABŞ-də həkim-kosmetoloq Bita Farrell kosmetoloji inyeksiyaların insanın xarici görünüşünə təsirini nümayiş etdirmək üçün üzünün yarısına botoks vurub.

TNS “İndependent”ə istinadən xəbər  verir ki, iki həftə sonra həkimin üzündə qorxuducu bir görüntü yaranıb.

Botokssuz tərəfdə boyun əzələləri büzüşüb, çənə xətti və ağız küncləri aşağı sallanıb. Botokslu tərəfdə isə bütün səylərə baxmayaraq, praktiki olaraq heç bir hərəkət olmayıb.