Close

115 yaşında vəfat etdi

Yaponiyanın ən yaşlı sakini vəfat edib. 

TNS xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, 115 yaşlı Okagi Hayaşi ürək çatışmazlığından ölüb.

Qeyd edək ki, Hayaşi 1909-cu il sentyabrın 2-də anadan olub. O, doğulduğu Qifu prefekturasının Toki şəhərindəki xəstəxanada vəfat edib. 

Hazırda ölkənin ən yaşlı sakini Ayçi prefekturasının Kota şəhərində yaşayan 114 yaşlı Mayn Kondodur.