15 milyon borcu bu ölkələr ödəyəcək

Səudiyyə Ərəbistanı və Qətər Suriyanın Dünya Bankına olan 15 milyon borcunu ödəyəcəklərini vəd ediblər.
TNS “Bloomberg”ə istinadən xəbər verir ki, bu, beynəlxalq kreditordan maliyyə yardımı almaq üçün maneələrdən birini aradan qaldıracaq.
Ötən həftə Dünya Bankı və BVF-nin iclasları çərçivəsində Suriyanın müharibədən sonrakı bərpasına dair yüksək səviyyəli danışıqlardan sonra belə bir qərar verilib.
Dövlətlər Suriyanın yeni Prezidenti Əhməd əl-Şaraanın rəhbərliyi altında iqtisadiyyatın bərpasına dəstək verməyə çalışırlar.
Eyni zamanda, ABŞ-nin sabiq prezident Bəşər Əsəd administrasiyasına tətbiq etdiyi sanksiyalar Suriyanın uzun illər davam edən vətəndaş müharibəsindən sağalması üçün lazım olan yardımı almasına ciddi maneə olaraq qalır.