Close

15:44
28 Aprel 2025
15:36
28 Aprel 2025
15:24
28 Aprel 2025

Əsədin atasının sümükləri oğurlanıb

Suriyanın devrilmiş lideri Bəşər Əsədin atası Hafiz Əsədin məmləkəti Latakiyanın Kardaha şəhərindəki məzarı açılıb və sümükləri oğurlanıb.

TNS xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Sosial mediada yayılan görüntülərdə Əsədin məqbərəsindəki bəzəkli məzar daşının yerində böyük boşluq olduğu görünür.

Qeyd edək ki, bundan əvvəl Hafiz Əsədin məzarı yandırılmışdı.

hafiz-esad-in-mezari-acilip-kemikleri-kacirildi-18561707_6046_m