Putin Kurskun azad edilməsinə görə Kim Çen Ina təşəkkür edib

Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina və Koreya Xalq Ordusunun bölmələrinə Kursk vilayətinin azad edilməsindəki köməyə görə minnətdarlığını bildirib.
TNS xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Koreyalı dostlar həmrəylik, ədalət və həqiqi yoldaşlıq hissi əsasında hərəkət etdilər. Biz bunu yüksək qiymətləndiririk və şəxsən Kim Çen Ina, KXDR-in bütün rəhbərliyinə və xalqına səmimi minnətdarlığımızı bildiririk", - bəyanatda deyilir.
Putin aprelin 26-da Kursk vilayətinin Ukrayna qoşunlarından azad edilməsi münasibətilə rus hərbçilərini təbrik edib və onlara göstərdikləri qəhrəmanlığa görə təşəkkür edib. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov KXDR hərbçilərinin döyüşlərdə iştirakını təsdiqləyib.