Trampın tarif siyasəti ABŞ-yə necə zərər vurur?

Tramp administrasiyasının Çinlə artan tariflər nəticəsində yaranan ticarət münaqişəsi Amerika iqtisadiyyatına təsir etməyə başlayır.
TNS xəbər verir ki, bu barədə Financial Times (FT) məlumat yayıb.
Nəşrin yazdığına görə, Donald Trampın Pekinlə ticarət müharibəsi ABŞ-nin ümumi iqtisadiyyatına təsir göstərməyə başlayır, çünki konteyner limanı operatorları və hava yükləri üzrə menecerlər Çindən malların daşınmasının kəskin azaldığını bildirirlər.
Çindən mallar üçün əsas giriş nöqtəsi olan Los-Anceles limanı gələn həftə, mayın 4-dən başlayaraq planlaşdırılan daşınmaların bir il əvvəlkindən 3 dəfə aşağı olacağını gözləyir. Vizion konteyner izləmə xidmətinə görə, aprelin ortalarına qədər Çindən ABŞ-yə standart altı metrlik daşıma konteynerləri üçün sifarişlər bir il əvvəlkindən 45% az olacaq.