Close

13:55
28 Aprel 2025

Məktəbli 6 nəfəri bıçaqladı - Direktor da yaralıdır

Cənubi Koreyanın Çoncu şəhərində 10-cu sinif şagirdi bıçaqla direktor və inzibatçı da daxil olmaqla, 6 nəfərə xəsarət yetirib.

TNS xəbər verir ki, xarici KİV məlumat yayıb.

Bildirilib ki, hadisə yerli vaxtla səhər saatlarında sinif otağında baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis hadisənin detallarını araşdırır.