Paşinyan Estoniyada
13
18:43 - 27 Aprel 2025

Ermənistanın Baş naziri Nikol Paşinyan Estoniyaya rəsmi səfərə gedib.
TNS xəbər verir ki, səfər çərçivəsində Nikol Paşinyan Estoniya prezidenti Alar Karislə, Estoniyanın baş naziri Kristen Miçalla görüşəcək.
Görüşdən sonra Ermənistan və Estoniyanın baş nazirləri mətbuata açıqlamalar verəcəklər.
Ermənistanın baş naziri Estoniya parlamentinin sədri Lauri Hussarla da görüşəcək və e-Estoniya Brifinq Mərkəzinə baş çəkəcək.