Partlayış nəticəsində 800 nəfər yaralandı - YENİLƏNİB

Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 28-ə çatıb.
TNS xəbər verir ki, bunu İslami Şura Məclisinin Səhiyyə və Tibbi Xidmətlər Komissiyasının üzvü Məhəmməd Camalian deyib.
13:14
İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 28-ə çatıb.
TNS xəbər verir ki, bu barədə “Press TV” agentliyi məlumat yayıb.
19:12
Xəbər verdiyimiz kimi, İranda Bəndər Abbasdakı limanda baş verən partlayış nəticəsində ölənlərin və yaralananların sayı artıb.
TNS xəbər verir ki, bu barədə İranın mediası məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 18 nəfər ölüb, 800 nəfər isə yaralanıb.