Türkiyə XİN İrana başsağlığı verdi
7
09:06 - 27 Aprel 2025

Türkiyə Xarici İşlər Nazirliyi İrana Bəndər Abbas şəhərindəki Şəhid Raci limanında baş vermiş partlayış nəticəsində çoxlu sayda ölən və yaralananlarla bağlı başsağlığı verib.
TNS xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
“Biz dərin kədər hissi ilə öyrəndik ki, bu gün (26 aprel) İranın Hörmüzqan ostanının Bəndər Abbas şəhərindəki Şəhid Raci limanında baş verən partlayış nəticəsində çoxlu sayda insan həlak olub və yaralanıb. Həlak olanların ailələrinə və İran xalqına başsağlığı verir, yaralılara şəfa diləyirik”, - deyə məlumatda bildirilir.