Close

Vuçiç Trampın oğlu üçün donuz balası hazırlatdırdı

Serbiya Prezidenti Aleksandr Vuçiç ABŞ Prezidenti Donald Trampın kiçik oğlu üçün hazırlanmış yeməyi nümayiş etdirib.

TNS xəbər verir ki, o, bu barədə “Instagram”da paylaşım edib.  

Dövlət başçısı yazıb ki, bir çox əcnəbilər haqsız yerə onun çətin, danışılması asan olmayan insan olduğunu deyirlər.

“Amma heç kim bizim qonaqpərvər olmadığımızı deməyib. Biz bu qızarmış donuz balasını kiçik Tramp üçün hazırlamışıq", - deyə siyasətçi bildirib.