Close

Vatikan Zelenskiyə görə protokolu pozdu

Vatikan diplomatik protokolu pozaraq, Ukrayna Prezidenti Volodimir Zelenskini Papa Fransiskin vida mərasimində ABŞ və Fransa liderlərinin yanında ön sıraya yerləşdirib.

TNS xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Nəşrin məlumatına görə, qərar sürpriz olub, çünki ənənəvi olaraq belə tədbirlərdə oturacaq yerləri fransız dilində ölkələrin adlarının əlifba sırası ilə müəyyən edilir.

Müqəddəs Pyotr meydanında keçirilən dəfn mərasimində Ukrayna lideri və xanımı Hindistan Prezidenti Draupadi Murmu və Macarıstan Prezidenti Tamaş Şuyokun yanında əyləşiblər.