Close

Omanda ABŞ-İran danışıqlarının üçüncü raundu başa çatıb

ABŞ-İran danışıqlarının üçüncü raundu keçirilib.

TNS xəbər verir ki, İranın dövlət televiziyası Omanda keçirilən danışıqların üçüncü raundunun başa çatdığını bildirib.

Məlumata görə, İranın nüvə proqramı ətrafında böhranın həllinə dair keçirilən danışıqlarda nümayəndə heyətləri gələcək razılaşma ilə bağlı hər iki tərəfin gözləntiləri üzrə bəzi detalları dəqiqləşdirə biliblər.