Close

Roma Papası Fransisk dəfn edilib - YENİLƏNİB - FOTO-VİDEO

Roma Papası Fransisk Böyük Məryəm Ana kilsəsində dəfn olunub.

TNS bu barədə kp.ru-ya istinadla xəbər verir.

Bildirilir ki, dəfn mərasimi bir neçə kardinalın da daxil olduğu məhdud sayda iştirakçı ilə keçirilib.

İtaliya mətbuatının verdiyi məlumata görə, növbəti Roma Papasının seçkisi 5-10 may tarixləri arasında keçiriləcək.

15:20

Vatikanda Papa Fransisklə vida mərasimi başa çatıb.

TNS bu barədə TASS-a istinadla xəbər verir.

Bildirilir ki, tədbiri 250 min nəfər canlı olaraq izləyib.

12:00

Vatikanda Roma Papası Fransiskin dəfn mərasimi keçirilir.

TNS xəbər verir ki, bu barədə Vatikan məlumat yayıb.

Mərasimə dövlət və hökumət başçıları, ruhanilər və dünyanın müxtəlif yerlərindən gəlmiş qonaqlar qatılıb.

Mərasimdə ümumilikdə təxminən 140 min insanın iştirak etdiyi bildirilir.

Qeyd edək ki, mərasim Vatikanın Müqəddəs Pyotr meydanında təşkil edilib və xüsusi təhlükəsizlik tədbirləri görülüb.

Xatırladaq ki, Papa Fransisk aprelin 21-də, 88 yaşında, uzun sürən xəstəlikdən sonra vəfat edib.

O, 2013-cü ildən bəri Roma Papası vəzifəsini icra edirdi və katolik dünyasının ilk Latın Amerikalı papası kimi tarixə düşmüşdü.

Ekran_skli_2025-04-26_115642