BMT-də Suriyanın yeni bayrağı qaldırıldı
11
23:50 - 25 Aprel 2025

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Suriyanın yeni bayrağının qaldırılması mərasimi keçirilib.
Bu barədə TNS TASS-a istinadən xəbər verir.
Tədbirdə Suriya keçid hökumətinin xarici işlər naziri Əsaad Həsən Əş-Şibani, onlarla diplomat, BMT-nin əməkdaşları və media nümayəndələri iştirak ediblər.
Suriya müxalifətinin 2011-ci ildən bəri istifadə etdiyi yaşıl, ağ və qara rəngli üç qırmızı ulduzlu bayrağın qaldırılmasını alqışlamaq üçün yeni Suriya hökumətinin onlarla tərəfdarı qərargahın yaxınlığında toplaşıb.