Ukraynanın Krımı hərbi yolla azad etməyə kifayət qədər silahı yoxdur
6
21:41 - 25 Aprel 2025

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, ölkəsinin hazırda Krımı hərbi yolla geri qaytarmaq üçün yetərli silah-sursatı yoxdur.
TNS xəbər verir ki, Zelenski bu fikirləri jurnalistlər qarşısında keçirdiyi brifinq zamanı səsləndirib.
Bununla belə, dövlət başçısı vurğulayıb ki, Ukrayna Krımdan imtina edə bilməz.
“Çünki bu torpaq Ukrayna xalqına məxsusdur”, - Zelenski bildirib.