Krım və bütün işğal olunmuş ərazilər Ukraynadır
19
20:42 - 25 Aprel 2025

Ukrayna heç vaxt öz ərazisinin heç bir hissəsini Rusiya kimi tanımayacaq.
TNS xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bildirib.
Nazirlik sülh planı ilə bağlı Ukraynanın üç əsas mövqeyini açıqlayıb.
“Ukrayna heç vaxt öz ərazisinin heç bir hissəsini, o cümlədən Krımı Rusiya kimi tanımayacaq. Heç bir üçüncü ölkə Ukraynanın NATO və ya Aİ-yə üzv olmasına mane ola bilməyəcək. Ukrayna heç vaxt müdafiə sənayesinin və tərəfdaşlarının köməyini məhdudlaşdırmağa razı olmayacaq”.