Close

Sərnişin qatarı alovlandı: sərnişinlər təxliyə edildilər

Gürcüstanda Ozurgeti-Tbilisi istiqamətində hərəkət edən sərnişin qatarında yanğın baş verib.

TNS yerli KİV-ə istinadən xəbər verir ki, qəzanın səbəbinin qeyri-müəyyən olduğu bildirilir.

Məlumata görə, hərəkətdə olarkən vaqonlarda elektrik enerjisi kəsilib və qatar dayanıb. Sərnişinlərdən vaqonları tərk etmələri istənilib. Sərnişinlər daha sonra tüstü müşahidə etdiklərini bildiriblər.