Bu ölkə SEPAH-ı terror təşkilatı elan etdi
10
16:00 - 25 Aprel 2025

Paraqvay HƏMAS və "Hizbullah"la yanaşı, İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) da terror təşkilatları siyahısına daxil edib.
TNS "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə Paraqvay prezidenti Santiaqo Pena açıqlama verib.
O, bəyan edib ki, beynəlxalq sülh, insan haqları və təhlükəsizliyi sistematik şəkildə pozması səbəbindən SEPAH-ın da terror təşkilatı elan edilməsi qərarına gəlib.
ABŞ Dövlət Departamenti bəyanat yayaraq, Vaşinqtonun və Təl-Əvivin Paraqvay prezidentinin bu qərarını alqışladığını açıqlayıb.