Close

Avtomobil partladıldı, general öldü - VİDEO

Rusiyanın Moskva vilayətinin Balaşixa şəhərində baş vermiş avtomobil partlayışı nəticəsində rus general həlak olub.

TNS xəbər verir ki, bu barədə "BAZA" "Telegram" kanalı məlumat yayıb

Məlumata görə, həlak olan şəxs Rusiya Müdafiə Nazirliyinin 59 yaşlı generalı Yaroslav Moskalikdir. O, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əsas Əməliyyat İdarəsi rəisinin müavini vəzifəsində çalışıb.

Hadisə generalın park edilmiş "Volkswagen Golf" markalı avtomobilin yanından keçdiyi anda baş verib. Maşına quraşdırılmış bomba partlayaraq, onu bir neçə metr məsafəyə atıb.