“Rusiya bunu nəzərdən keçirmək istəmir”

“Rusiya ABŞ-nin Ukrayna məsələsində vasitəçilikdən geri çəkiləcəyi ssenarini nəzərdən keçirmək istəmir”.
TNS Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Amerikalılar vasitəçilik səylərini dayandırsalar, nə baş verəcək” sualına Peskov belə cavab verib: “Əgər nə olacağını demək istəməzdim. Biz sülhün təmin olunması üzərində ABŞ ilə birlikdə işləyirik”. ABŞ vitse-prezidenti Cey Di Vens aprelin 23-də bildirib ki, ölkəsi Rusiya və Ukraynaya sülh yolu ilə nizamlanma üçün “aydın təklif” verib.
Onun sözlərinə görə, əgər tərəflər bunu qəbul etməsə, Vaşinqton danışıqlar prosesindən geri çəkiləcək.
Xatırladaq ki, Paris səfəri zamanı ABŞ dövlət katibi Marko Rubio artıq bu ehtimalı səsləndirmişdi.