Close

Saakaşvilinin tərəfdarları Zurabişvilinin platformasını tərk etdi

Gürcüstandakı “Milli Hərəkat” partiyası keçmiş prezident Salome Zurabişvilinin martın 31-də keçirilən mitinqdə verdiyi bəyanatdan sonra müxalifətin Müqavimət Platformasını tərk etmək qərarına gəlib.

TNS gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə partiyanın sədri Tina Bokuçava Palitra News-un efirində bildirib. Onun sözlərinə görə, Salome Zurabişvili martın 31-də keçirilən mitinqdəki çıxışında heç bir yenilik elan edə bilməyib.

Bundan əlavə, Bokuçava qeyd edir ki, Salome Zurabişvilidən narazılığı həm də Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini əfv etməməsi ilə əlaqədardır. Partiya sədri qeyd edib ki, “Milli Hərəkat”la Salome Zurabişvili arasında ən böyük məsafə var idi. “Niyə? Çünki ruslar əlimizdən alarkən Gürcüstanda Avropa bayrağını gücləndirməyə çalışan bir avropapərəst prezident digər prezidenti əfv etmədi. Bu, onun müstəsna hüququ idi, buna heç kim etiraz edə bilməzdi”, - deyə Bokuçava fikrini əsaslandırıb.  Salome Zurabişvilinin platforma çərçivəsində açıqlama verərsə, bu bəyanatda  “Milli Hərəkat” da nəzərdə tutulacaqmı sualına Bokuçava “Yox, çünki biz orada dayanmırıq” cavabını verib. 

Qeyd edək ki, “Milli Hərəkat”ın qurucusu Mixail Saakaşvili sosial şəbəkədə partiya liderlərinin bu addımını tam dəstəklədiyini bəyan edib.