Close

İtaliyadan Putinin "həbs edilməsi" ilə bağlı reaksiya

İtaliyanın Ədliyyə Nazirliyi 2023-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən Rusiya Prezidenti Vladimir Putinin "həbs"i üçün verilən orderi icra etməkdən imtina edib.

TNS-in xəbərinə görə, bu barədə "Corriere della Sera" qəzeti yazıb.

"Nazirlik 17 mart 2023-cü il tarixli qərarın icrası ilə bağlı heç bir tədbir görmədi", - deyə məqalədə bildirilib.

Nəşrin yazdığına görə, BCM-in qərarı İtaliya Ədliyyə Nazirliyinin "hansısa ofislərində ilişib qalıb". Nəticədə Putinin "həbs"inə dair order heç bir hüquqi qüvvəsi olmayan adi bir kağız parçasına çevrilib.