Trampdan çağırış: "Vladimir, dayan, gəlin sülh razılaşmasını əldə edək"
11
17:30 - 24 Aprel 2025

“Rusiyanın Kiyevə zərbələrindən məmnun deyiləm. Buna ehtiyac yoxdur və bu zərbələr üçün uğursuz bir zamandır”.
TNS xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “TruthSocial”dakı hesabında yazıb.
“Vladimir, DAYAN! Həftə ərzində 5000 əsgər ölür. Gəlin sülh razılaşmasını əldə edək”, - Tramp qeyd edib.