Rusiya Bəşər Əsədi Suriyaya verməkdən imtina edib
7
23:59 - 23 Aprel 2025

"Rusiya tərəfi ilə keçmiş prezident Bəşər Əsədin Suriyaya təhvil verilməsi barədə danışıqlar aparılıb və Moskva yeni hökumətin xahişini yerinə yetirməkdən imtina edib".
TNS xəbər verir ki, bunu Suriya lideri Əhməd əş-Şaraa "The New York Times" nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya uzun illər Suriya hakimiyyətini dəstəkləyib və ümid edir ki, bu ittifaq gələcəkdə də davam edəcək.
Ölkə başçısı, həmçinin qeyd edib ki, Moskvanın maraqları nəzərə alınmalıdır, çünki gələcəkdə Suriyanın yardıma ehtiyacı ola bilər.