Londonda sülh danışıqları bu səbəbdən pozuldu
16
18:20 - 23 Aprel 2025

Londonda sülh danışıqları Ukraynanın öz ərazilərini Rusiyaya vermək istəməməsi səbəbindən pozulub.
TNS xəbər verir ki, bu barədə “Vaşinqton Post” mənbəyə istinadən məlumat yayıb.
“Kiyev əvvəlcə tam atəşkəsə, qalan hər şeyi isə sonra müzakirə etməyə üstünlük verir”, - mənbə bildirib.
Nəşr xatırladır ki, ABŞ Dövlət katibi Marko Rubio çərşənbə axşamı axşam saatlarında Londona uçmalı idi, lakin günorta səfərini ləğv edib.