2025-ci ilin ən gözəl qadını
21
15:51 - 23 Aprel 2025

Nüfuzlu “People” jurnalı ilin ən gözəl qadınını seçib.
TNS xəbər verir ki, 62 yaşlı amerikalı aktrisa Demi Mur 2025-ci ilin ən gözəl qadını olub.
Nəşr aktrisanı milyonlarla qadın üçün yetkinlik, özünü qəbul etmə və ilham rəmzi kimi qeyd edib.
People jurnalının tarixində "ən gözəl qadın" adını Culiya Roberts, Cennifer Lopez, Helen Mirren və Beyons kimi ulduzlar alıb. İndi isə Demi Mur parlaq karyerasının və həyatının yeni mərhələsində onlara qoşulub.