Avropa təşvişdədir: Uitkoff Putinin yanına gedir

ABŞ-nin əsas müzakirəçiləri- Marko Rubio və Stiv Uitkoff Londonda Ukraynadakı müharibənin nizamlanması şərtlərinin müzakirə olunacağı görüşdə iştiraklarını ləğv ediblər.
TNS xəbər verir ki, bu barədə “The Financial Times” məlumat yayıb.
Uitkoffun Vladimir Putinlə şəxsi danışıqların dördüncü raundu üçün bu həftə Moskvaya gedəcəyi bildirilib.
“Ukraynanın gələcəyi ilə bağlı qərarların qəbulu mərkəzi indi orada cəmləşib. Avropa liderləri qorxurlar ki, Donald Tramp Kiyev və NATO müttəfiqlərinin fikirlərini nəzərə almadan Putinə bir sıra güzəştlər edəcək”,- nəşr qeyd edib.
"Financial Times"ın vurğuladığı kimi, ABŞ-nin, xüsusilə Krımın ilhaqını tanıması, Aİ və daha çox NATO üçün ciddi diplomatik böhrana səbəb olacaq.