Close

Avropada ən çox dövlət borcu olan ÖLKƏLƏR

Ötən ilin dördüncü rübünün sonuna olan məlumatlara görə, Avropa İttifaqında ən yüksək dövlət borcu Yunanıstanda qeydə alınıb və bu, ÜDM-in 153,6 faizinə çatıb.

TNS xəbər verir ki, bu barədə “Eurostat” bildirib.

İkinci yerdə İtaliya 135,3 % dövlət borcu ilə qərarlaşıb. Sonrakı yerləri 113 %-lə Fransa, 104,7 %-lə Belçika tutur. İspaniyada dövlət borcu 101,8 %-ə çatıb.

Ən az dövlət borcu olan ölkələrə gəlincə, Estoniya birinci yerdədir (23,6 %). Bundan əlavə, Bolqarıstan (24,1 %), Lüksemburq (26,3 %), Danimarka (31,1 %), İsveç (33,5 %) aşağı göstəricilərlə öyünə bilib.

Ümumilikdə, 2024-cü ilin 4-cü rübünün sonunda avrozonada dövlət borcunun ÜDM-ə nisbəti 87,4 faiz təşkil edib.