Close

Putin Ukraynaya hazırkı cəbhə xəttində atəşkəs təklif edir

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə sülh razılaşması üçün hazırkı cəbhə xəttində atəşkəs təklif edib.

TNS xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Putin Sankt-Peterburqda keçirilən görüşdə ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffa deyib ki, Rusiya Ukraynanın dörd regionuna iddialarından əl çəkə bilər. Söhbət rus qoşunlarının Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərindən geri çəkilməsindən gedir.

“Financial Times” iddia edir ki, bu, Putinin müharibəni dayandırmaq üçün bir sıra tələblərindən imtina etməsinin ilk əlaməti ola bilər. Lakin ABŞ-nin müharibəni bitirmək səyləri ilə tanış olan avropalı rəsmilər xəbərdarlıq edir ki, Tramp Rusiyanın digər şərtlərini də Ukraynaya diktə edə bilər.