Trampı Hitlerə bənzətdilər: Keçmişdən dərs almaq vacibdir

ABŞ prezidenti Donald Trampın administrasiyasının hərəkətləri nasist Almaniyasının nümayəndələrinin fikirləri ilə eynidir.
TNS xəbər verir ki, bunu “Politico”ya açıqlamasında ABŞ-ın keçmiş vitse-prezidenti Albert Qor deyib.
"Tramp administrasiyası Adolf Hitlerin nasist partiyasına bənzər rəftar sərgiləyir, məqsədlərinə nail olmaq üçün öz versiyalarını yaratmağa çalışır. Çox yaxşı başa düşürəm ki, niyə heç bir hərəkəti Üçüncü Reyxin hərəkətləri ilə müqayisə etmək olmaz, bu, bənzərsiz bir pislik idi. Amma keçmişdən dərs almaq da vacibdir", - deyə Qor qeyd edib.
Keçmiş vitse-prezident daha sonra vurğulayıb ki, ABŞ Konstitusiyası Amerika xalqını Tramp və onun pərəstişkarları kimi insanların hərəkətlərindən qorumalıdır.