İsrail ordusu Beyrutun cənubuna zərbələr endirib
5
16:20 - 22 Aprel 2025

İsrail ordusu Livanın paytaxtı Beyrutun cənubuna zərbələr endirib.
TNS xəbər verir ki, bu barədə “Əl Mayadin” nəşri məlumat yayıb.
Məlumata görə, avtomobilə endirilən zərbə nəticəsində Livandakı Müsəlman Qardaşlarına bağlı Əl-Cəmaə əl-İslamiyyə təşkilatının liderlərindən olan Həsən Atvi öldürülüb.
Onun Hizbullahla birlikdə İsrailə qarşı döyüşlərdə iştirak etdiyi bildirilir.
İsrail ordusundan hadisə ilə bağlı məlumat verilməyib.