Close

16:03
22 Aprel 2025
15:56
22 Aprel 2025
15:38
22 Aprel 2025

İsraildə daxili böhran: Netanyahu ona qarşı savaş başladıb

Oktyabrın 7-dən bəri İsrailin baş naziri Benyamin Netanyahu ilə İsraildəki qurumlar arasında çoxlu böhranlar yaşanır. Lakin Netanyahu ilə "Şin Bet" kəşfiyyat xidmətinin sədri Ronen Bar arasında baş verənlər ölkədə indiyə qədər görülməmiş bir hal almağa başlayıb.

TNS xəbər verir ki, İsraildə konstitusiya məhkəməsi Netanyahunun son həftələrdə Ronen Barı vəzifəsindən azad etmək qərarını dayandırıb.

İstintaq çərçivəsində Ronen Bar İsrail Ali Ədalət Məhkəməsinə and içərək ifadə verib. O, açıqlamasında Netanyahunun ona sadiq olmasını gözlədiyi üçün vəzifəsindən azad edildiyini və konstitusiya böhranı zamanı Ali Məhkəməyə deyil, Netanyahuya itaət etməli olduğu açıq şəkildə ifadə edildiyini bildirib.

Həmçinin Netanyahunun Bara korrupsiya işlərində ifadə verə bilməyəcəyini söyləməyi əmr edib. Bar iddia edib ki, Netanyahu dəfələrlə ona təzyiq göstərərək, raketlərlə vurulmamaq üçün ictimaiyyətə çıxmamaq göstərişi də verib.

Netanyahunun ofisi isə Barın sözügedən bəyanatlarını təkzib edib.