Papanın vəsiyyəti açıqlandı- 100 ildən sonra bir ilk

88 yaşında vəfat edən Papa Fransisk Romadakı Böyük Müqəddəs Məryəm Bazilikasında dəfn ediləcək, məzarı sadə olacaq və üzərində yalnız Fransisk sözü yazılacaq.
TNS xəbər verir ki, Vatikan bunun Papanın vəsiyyəti olduğunu açıqlayıb.
Beləliklə, Papa Fransisk son 111 ildə Vatikanda dəfn edilməyən ilk Papa olacaq.
Fransiskdən əvvəl papalar 1914-cü ildən Vatikanda Müqəddəs Pyotr Bazilikasının altındakı "Vatikan mağaraları"nda dəfn olunurdu.
Kilsə qaydalarına görə, Papa Fransiskin dəfn mərasimi ölümündən sonra 4-6-cı günlər arasında keçirilməlidir. Bu halda dəfn mərasiminin 25-27 aprel günləri arasında baş tutması gözlənilir.