Otaqları möhürləndi... - FOTO
6
12:18 - 22 Aprel 2025

Xəbər verdiyimiz kimi, ötən gün Roma Papası 88 yaşında insult, koma və ürək-damar çatışmazlığından vəfat edib. Müqəddəs Taxt-tac artıq Papa Fransiskin otaqlarının möhürlənməsi proseduruna başlayıb.
TNS xəbər verir ki, bu barədə Müqəddəs Taxt-tacın saytında məlumat yayılıb.
Bildirilib ki, çoxəsrlik ənənəyə görə, papa sarayındakı apostol mənzilləri və pontifikin son xidmət illərində yaşamağı üstün tutduğu "Müqəddəs Marfa" hotelindəki iqamətgahı möhürlənib.