Təyyarə aeroportda yandı - Sərnişinlər təcili təxliyə edildilər
10
22:20 - 21 Aprel 2025

ABŞ-nin Florida ştatının Orlando Hava Limanında təyyarə yanıb, sərnişinlər təxliyə ediliblər.
Bu barədə TNS BBC-yə istinadən xəbər verir.
Bildirilir ki, "Delta" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin mühərriki yanıb.
Sosial şəbəkələrdə sağ mühərrikdən tüstü və alov çıxdığını göstərən videolar yayılıb.
"Airbus A330" təyyarəsinin göyərtəsində 200-dən çox sərnişin və 12 ekipaj üzvü olub.